воскресенье, 9 февраля 2014 г.

Gündəlik həyatda istifadə olunan say sistemləri

B.e.ə III əsrdə,yunan alimi Arximedin əsərlərində şərh edilən və bu gün geniş istifadə olunan mövqeli onluq say sistemi eramızın VI əsrində Hindistanda daha da mükəmməlləşmişdir.Hind alimləri bu sistemə sıfrı daxil etmi,ərəblər isə təkmilləşdirmiş və müasir şəklə gətirmişlər.İstifadə olunan işarələr:0,1,2,3,4,5,6,7, 8,9 ərəb rəqəmləri adlanır.
XVI əsrdə Belçika alimi S.Steven onluq kəsrlərin ərəb rəqəmləri ilə yazılması sistemini daha da universallaşdırmışdır.
Qeyd edək ki,müasir mövqeli say sistemi orta əsr Avropasına italiyalı tacirlər tərəfindən gətirilmiş,onlar isə öz növbəsində bu say sistemini müsəlmanlardan götürmüşlər.
Hazırda 2-lik, 8-lik, 12-lik, 16-liq, 60-lıq və s.mövqeli say sistemlərindən istifadə edilir.Belə fərz edirlər ki,ilk mövqeli (altmışlıq) say sistemindən, 60 rəqəmin köməyilə
nömrələmədən qədim Vavilionda istifadə edilmişdir.Maraqlıdır ki,bu gün də 60-liq say sisteminin qalıqlarından istifadə edilir.Məsələn,1saat=60 dəq., 1dəq.=60san. və s.
XIX əsrdə 12-lik say sistemindən geniş istifadə edilmişdir.Demək olar ki,12-lik say sistemi (10-luq say sistemi kimi) baş barmaqdan başqa,hər barmaqda (üç barmaq sümüyü) olan barmaq sümüklərinin sayı ilə əlaqədardır: 3x4=12. Çox güman ki,12-lik və 60-lıq say sistemləri arasında müəyyən əlaqələr də varmış.12-lik say sisteminin qalıqlarından indi də istifadə edilir.Bəzən 12 əvəzinə düjin işlədilir. Məsələn,1 sutka 2 düjin saat,1saat 5 düjin dəqiqə ,tam bucaq 30 düjin dərəcə və s.
Bu gün də insanlar cehizlik əşyaları-bıçaq,çəngəl,qaşıq, nəlbəki,stəkan və s. -on iki - on iki alırlar və s. 
        







ƏZİZ DOSTLAR GÜNDƏLİK HƏYATDA İSTİFADƏ OLUNAN SAY SİSTEMLƏRİNDƏN SİZ HANSILARINI BİLİRSİNİZSƏ BİZİMLƏ BÖLÜŞÜN.

Roma (rum) rəqəmləri

Ən geniş yayılan və hazırda da sıra sayı kimi istifadə edilən rəqəmlər toplusundan biri də Roma rəqəmləridir. Qədim Romada uğurlu say sistemini yaratmaq üçün ilkin prinsipə uyğun, əl işarələrindən istifadə olunub: I (bir) – barmağın, V (beş) – əlin (əlin barmaqlarının sayı),  X (on) – alt-üst formada dayanan əllərin işarəsidir; L (əlli), C (yüz), D (beş yüz) və M (min) isə həmin sayların adlarının baş hərfi ilə formalaşıb.
Roma rəqəmlərinin minə qədər artımı artıq say sisteminin daha təkmil dövrünə təsadüf edir. İlkin dövrlərdə isə sayın ən maksimal rəqəmi bir neçə onluqdan o tərəfə keçmirdi.
Roma rəqəmləri əsasən nömrərlənmiş siyahılarda, siferblatlarda, tarixlərin yazılmasında istifadə və s. olunur.
Roma rəqəmlərinin yazılışında 7 simvoldan istifadə olunur. Məsələn 4 rəqəmi qısa olması üçün onu IIII yox IV kimi yazırlar; 40 rəqəmi də həmçinin XXXX yox, XL kimi yazılır. 5 milyondan yuxarı rəqəmlərin yazılışının müxtəli cürə olur. Ümumiyyətlə sıfır rəqəmi Roma say sistemində yoxdur.



İKİLİK SAY SİSTEMİ



Mənim adım ikilik say sistemidir. İnformatika və Hesablama texnikası yaranan kimi mən də öz mövqeyimi tapdım. Mənim köküm qədim Çinə gedib çıxır. Adımdan göründüyü kimi bütün ədədlərim cəmi iki rəqəm 0 və 1vasitəsilə ifadə olunur. Bəs niyə məni yalnız İnformatikada istifadə edirlər? Bu informasiyanın kodlaşdırılması diskə yazılması, elektrik siqnallarının ötürülməsi ilə bağlıdır. Kompüter Sizin daxil etdiyiniz ədədləri, hərfləri anlamır, yalnız mənim rəqəmlərimlə işləyir. Bu hərfləri rəqəmləri siz daxil edirsiz amma translyator onu mənim rəqəmlərimə çevirir. O başa düşür ki, 0 - siqnal yoxdur, 1 -  siqnal var. Əgər mən olmasam kompyuter necə işləyə bilər?